525-ci qəzet

Azərbaycan AİB-in 45-ci İllik Toplantısında iştirak edəcək



Mayın 4-5-də Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-cü İllik Toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. AİB-nın 45-ci İllik Toplantısında əksər üzv ölkələrdən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri olmaqla 4 mindən çox nümayəndənin iştirakı gözlənilir.
İllik Toplantı çərçivəsində maliyyə naziri S.Şərifovun bir sıra işgüzar görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.
BƏXTİYAR





02.05.2012     Çap et  Çap et