525-ci qəzet

Xüsusi notariuslar vergi ödəyicisinə çevrildi



Dünən Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklərin xüsusi, özəl notariuslarla bağlı olduğunu bildirib. Əli Hüseynli bildirib ki, notarius fəaliyyəti gəlirli bir fəaliyyətdir: "Ona görə də bu dəyişiklik xüsusi notariuslara vergi ödəyicisi statusu veriləcək. Bu notariuslar iş adamları ilə müqavilə imzalaya biləcəklər". Qısa müzakirələrdən sonra Vergi Məcəlləsinə dəyişiklik qəbul edilib.
KAMİL





02.05.2012     Çap et  Çap et