525-ci qəzet

İstanbulda bomba partladı



İstanbulun Fateh rayonunda partlayış olub.Lent.az-ın “www.trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
Sosial Müdafiə Təşkilatının Unkapanı səmtindəki binasının qarşısına qoyulan və səs bombası olduğu təxmin edilən bombanın partlaması nəticəsində 1 təmizlik işçisi yaralanıb.
Panikaya səbəb olan partlayışdan sonra hadisə yerində araşdırmalar başlayıb.




30.04.2012     Çap et  Çap et