525-ci qəzet

Qəddafini satan keçmiş baş nazirin cəsədi çaydan tapıldı



Vyanada Liviyanın sabiq baş naziri, ölkənin qətlə yetirilmiş sabiq prezidenti Müəmmər Qəddafinin ən yaxın silahdaşlarından biri olmuş Şükrü Qanemanın cəsədi tapılıb.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Şükrü Qanemanın cəsədi Vyanada Dunay çayının yatağında tapılıb. Cəsədin üzərində hər hansı zorakılıq əlaməti yoxdur.
Qeyd edək ki, 69 yaşlı Şükrü Qanema 2003-2006-cı illərdə Liviyanın baş naziri olub. Sonra isə 2011-ci ilin mayına qədər neft sənayesi naziri postunu tutub. Vətəndaş müharibəsi zamanı Qəddafinin istefasını tələb edən quyamçıların tərəfini tutub və onların tərəfinə keçərək, Avropaya qaçıb. 2011-ci ilin iyunundan Qanema və ailəsi Avropada yaşayırmış.





30.04.2012     Çap et  Çap et