525-ci qəzet

Azərekspresspoçt yenidən ÜPİ-nin Qızıl sertifikatını alıb



Azərbaycanda sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt “ MMC-nin “Azərekspresspoçt” Rabitə müəssisəsi növbəti dəfə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qızıl sertifikatına layiq görülüb. Nazirlikdən verilən məlumata görə, hər il ÜPİ EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır, ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. Azərbaycanın EMS operatoru son illərin nailiyyətlərini təkrarlayaraq artıq altıncı dəfədir ki, Qızıl sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, hər il sertifikasiyasının tələblərinin artırılmasına baxmayaraq, Azərekspresspoçt RM-nin son illər dəfələrlə qızıl sertifikata layiq görülməsi onun dinamik inkişafına dəlalət edir.





28.04.2012     Çap et  Çap et