525-ci qəzet

Elmlər Akademiyasının strukturunda dəyişiklik edilib



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda dəyişiklik edilib. APA-nın xəbərinə görə, bununla bağlı qərar AMEA-nın bu gün keçirilən ümumi illik yığıncağında qəbul olunub. Qərara əsasən, AMEA-nın Biologiya və Tibb elmləri bölmələri birləşdirilərək “Biologiya və tibb elmləri bölməsi” adlandırılıb. Qərarın verilməsində əsas məqsəd biologiya və tibb elmlər ilə bağlı aparılan elmi- tədqiqat işlərinin daha sıx koordinasiya edilməsidir. Buna uyğun olaraq, AMEA-nın Nizamnaməsinə də müvafiq dəyişiklik edilib.





26.04.2012     Çap et  Çap et