525-ci qəzet

“Azərikimya” İstehsalat Birliyində təhlükəsizliklə bağlı treninq keçirilib



“Azərikimya” İstehsalat Birliyində istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi məqsədilə ardıcıl olaraq praktiki əhəmiyyətli tədbirlər həyata keçirilir. “Azərikimya” İB-dən verilən məlumata görə, təqdimat xarakterli tədbirlərdə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı videobloklar nümayiş etdirilir, onların yaranma səbəbləri və nəticələri mütəxəssislərlə birgə kollektiv şəkildə araşdırılılr.
Bu günlərdə Birliyin Təmir-tikinti İdarəsinin Əməyin mühafizəsi və texniki təhlükəsizlik otağında təmirçi-inşaatçıların, operatorların və digər mütəxəssislərin iştirakı ilə yeni təhlükəsizlik layihəsi üzrə treninq keçirilib. Əvvəlcə kimyaçılara EP-300 kompleksinin susoyutma sexində, mexaniki-quraşdırma və təmir-tikinti sahələrində müşahidə olunan vəziyyətin videoroliki nümayiş etdirilib. Müzakirə edilən xüsusi layihə kimyaçılar tərəfindən böyük marağa səbəb olub. “Təmir-bərpa işləri apararkən risklərin dəyərləndirilməsi proseduru” layihəsi əsasında həyata keçirilən treninq əməyin mühafizəsi baxımından maarifləndirici xüsusiyyəti və əhəmiyyəti ilə yadda qalıb. Təlimatçı-ekspert tərəfindən təqdim olunan mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçılar arasında mövzu ilə bağlı sınaq-yoxlama testi keçirilib.
BƏXTİYAR





26.04.2012     Çap et  Çap et