525-ci qəzet

Qanun ölümün tezləşdirilməsi barədə xəstənin xahişini reallaşdırmağı qadağan edəcək



Tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında pasiyentin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən şəxslərin xahişinin yerinə yetirməsi qadağandır. Bu fikir də “Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində qeyd olunur ki, beyin ölümü faktının konstatasiyası zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim-məsləhət komitəsi tərəfindən qəbul edilir. “Transplantasiya məqsədi ilə orqan və ya toxumalar çıxarılarkən həyatın saxlanılması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətinin işini təmin edən, onu maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir” – deyə, qanun layihəsində göstərilir.
KAMİL







26.04.2012     Çap et  Çap et