525-ci qəzet

Valideyn himayəsindən məhrum olan uşaqlar dövlət ali məktəblərində ödənişdən azad ediləcəklər



Milli Məclisin Sosial siyasət komitəsi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə vacib addım atıb. Sosial siyasət komitəsinin dünənki iclasında adıçəkilən komitənin üzvü Sevinc Hüseynova bildirib ki, bundan sonra bu tip uşaqlar dövlət, özəl ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrinə qəbuldan sonra təhsil haqqı ödəməkdən azad olunacaqlar. Onun bildirdiyinə görə, bu məsələ ilə bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi haqqında” qanunun 5-ci maddəsinə, 8-ci hissə əlavə ediləcək.
KAMİL







26.04.2012     Çap et  Çap et