525-ci qəzet

Tibb müəssisələrində dini ayinlərin icrası isə qanuniləşdiriləcək



Tibb müəssisəsində dini ayinlərin icrası üçün şərait yaradılmalı, o cümlədən, xüsusi ayrılmış yerlər olmalıdır. Qeyd edək ki, bu məqam da “Pasiyentin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində həmçinin göstərilir ki, pasiyent daxili intizam qaydalarını pozmamaqla xüsusi ayrılmış yerlərdə dini ayinləri icra edə və din xadimlərini dəvət edə bilərlər. “Din xadiminin tibb müəssisəsinə gəlməsi istənilən gündüz saatlarında, həmin otaqda olan bütün pasiyentlərin razılığı ilə yalnız pasiyentin və ya onun nümayəndəsinin dəvəti ilə həyata keçirilir. Pasiyentin ölüm təhlükəsi olduğu hallarda din xadiminin ayrıca otaqda gecə vaxtı gəlməsinə iczə verilir” – deyə, qanun layihəsində daha sonra qeyd olunur.
KAMİL





26.04.2012     Çap et  Çap et