525-ci qəzet

Məmməd İsmayıl və Rəşad Məcidin yaradıcılığı Latviyada çıxan “Pisatel-Mir” qəzetində



Beynəlxalq Yazarlar Birliyinin orqanı olan “Pisatel-Mir” (“Yazıçı-Dünya”) qəzetinin son nömrəsində Azərbaycanın söz adamlarının yaradıcılığına xüsusi yer verilib.
Mərkəzi ofisi Latviyada yerləşən qurumun nəşr etdiyi qəzet öz səhifələrində müxtəlif ölkələrin ədəbiyyatına diqqət ayırır, tanınmış ədiblərin yaradıcılığından nümunələri işıqlandırır. Bu baxımdan, qəzetin son sayında Azərbaycan ədəbiyyatına nəzər yetirilməsi, şair Məmməd İsmayılın və Rəşad Məcidin yaradıcılığına yer verilməsi diqqəti çəkir.
Qeyd edək ki, qəzetin yeni sayında Məmməd İsmayılın Mixail Sinelnikovun ruscaya çevirdiyi “Atamın şəkli”, “Allah bilər”, “Biz“ şeirləri və Rəşad Məcidin M.Hüseynzadənin tərcüməsində “Taksist ponevole” adı altında “10 sentyabr” hekayəsi dərc olunub.
GÜNEL





26.04.2012     Çap et  Çap et