525-ci qəzet

Azərbaycanda elektron kitab satışı üçün internet-mağaza yaradılır



Azərbaycanda elektron kitab satışı üçün internet-mağaza yaradılması layihəsinə start verilib. APA-nın xəbərinə görə, bunu tanınmış yazıçı, “Pen Klub”un vitse-prezidenti Natiq Rəsulzadə deyib. O bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın müasir yazıçılarının, eləcə də klassiklərin əsərlərinin ölkə xaricində tanıdılmasıdır: “Biz istəyirik ki, yazıçılarımızın kitabları ölkə sərhədlərindən kənara çıxsın və başqa ölkələrdə də tanınsın”.
Layihənin rəhbəri Vaqif Nəsirov qeyd edib ki, elektron kitabın üstünlüyü onun daha asan əldə edilməsindədir. Elektron kitabların qiyməti adi kitabların qiymətindən çox ucuz olacaq və 1-1,5 manatdan satışa çıxarılacaq. Kitablar Azərbaycan, rus və ingilis dillərində olacaq. Layihə bir ay ərzində həyata keçiriləcək.







26.04.2012     Çap et  Çap et