525-ci qəzet

“Torresin qol vurması sensasiyadır”



Britaniyanın “The Sun” qəzeti “Barselona” – “Çelsi” matçından sonra maraqlı manşetləri ilə diqqət çəkib.
Adı çəkilən qəzet “Çelsi”nin hücumçusu Fernando Torresin “Barselona”ya qol vurmasını əsl sensasiya adlandırıb.
Oyun zamanı Con Terrinin qırmızı vərəqə alması, Lionel Messinin penalti zərbəsini qola çevirə bilməməsini və “Çelsi”nin finala çıxmasını xüsusi qeyd edən qəzetin manşetində isə “Torres qol vurdu” başlıqlı yazı dərc olunub.
Qeyd edək ki, “Barselona” ilə matçın son dəqiqəsində “Çelsi”nin bərabərlik qoluna imza atan Torres komandasını finala daşıyıb.






26.04.2012     Çap et  Çap et