525-ci qəzet

“Mançester Siti”nin iki futbolçusu “İnter”in hədəfində



“Mançester Siti” klubunun iki futbolçusu – Naycel de Yonq və Aleksandr Kolarov mövsümün sonunda komandadan ayrıla bilər. Britaniya mətbuatının verdiyi məlumata görə, hər iki futbolçu ilə İtaliyanın “İnter” klubu yaxından maraqlanır.
Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran Milan təmsilçisi ilk olaraq “Mançester Siti”nin futbolçularına “elçi” düşüb. “İnter”in mövsümün sonunda hər iki futbolçunun transferi ilə bağlı danışıqlara başlayacağı bildirilir.







26.04.2012     Çap et  Çap et