525-ci qəzet

Qvardiola: “Harda səhv etdiyimi bilmirəm”



Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində öz meydanında “Çelsi” ilə 2:2 bərabərə qalaraq mübarizədən kənarlaşan “Barselona” klubunun baş məşqçisi Pep Qvardiola mətbuata bir sıra açıqlamalar verib. Mütəxəssis deyib ki, onun komandası sona qədər əlindən gələni edib: “Buna baxmayaraq, uğursuzluğa düçar olduq. Harda səhv etdiyimi bilmirəm. Bütün məsuliyyət mənim üzərimdədir. Rəqibimiz çox gözəl müdafiə olundu və biz onları təbrik etməliyik”. Pep komandasının ulduz futbolçusu Messi haqqında da fikirlərini bildirib: “Onun komandaya etdikləri üçün nə qədər təşəkkür etsəm, yenə də azdır. İstənilən halda ona hörmət edirəm”.
Qvardiola “Barselona”dakı gələcək fəaliyyətinə də toxunub. O deyib ki, bir neçə gün sonra rəhbərliklə bu barədə danışıqlar masasına oturacaq.





26.04.2012     Çap et  Çap et