525-ci qəzet

Qazaxıstan Azərbaycana birgə hərbi müəssisə yaratmağı təklif edib



Qazaxıstan Azərbaycana hərbi və xüsusi təyinatlı məhsulların istehsalını həyata keçirən birgə şirkət yaratmağı təklif edib. APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Ötən ilin ortalarından etibarən tərəflər arasında bununla bağlı bir neçə dəfə qarşılıqlı görüşlər keçirilib. Mövcud imkanlar və təcrübələr araşdırılıb. Qazaxıstan tərəfdən müzakirələrdə “Kazakhstan Engineering” şirkəti, Azərbaycan tərəfdən isə Müdafiə Sənayesi Nazirliyi və ölkədə fəaliyyət göstərən bir neçə hərbi şirkət iştirak edib.





25.04.2012     Çap et  Çap et