525-ci qəzet

Xarici tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini nümayiş etdirəcəklər



Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınayacaqlar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, 12 ali təhsil müəssisəsindən 48 tələbənin iştirak edəcəyi “Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiada” aprelin 27-də keçiriləcək: “Olimpiadanın özəlliyi mübarizəyə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin qatılmasıdır. Olimpiadada Türkiyə, Moldova, İran, Koreya və digər ölkələrdən olan əcnəbi gənclər qalibiyyət uğrunda mübarizə aparacaqlar”. S.Məmmədova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd-respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir: “Məlumat üçün bildirim ki, yarışmada Bakı Dövlət Universiteti, Neft Aademiyası, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti, Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Tibb Universiteti və digər ali təhsil ocaqlarının tələbələri iştirak edəcək”.
S.QARAYEVA





25.04.2012     Çap et  Çap et