525-ci qəzet

Ölkə üzrə 345 912 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb



“Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz itkisinin qarşısının alınması, təbii qazdan istifadənin səmərəliliyinin artırılması və uçotun düzgün aparılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də “smart-kart” (əvvəlcədən ödəniş) tipli qaz sayğaclarının quraşdırılmasıdır. ARDNŞ-dən verilən məlumata görə, “smart-kart” tipli sayğacla təchiz edilən abonentlərin idarə edilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri üzrə Qaz İstismar Sahələri (QİS) müvafiq proqramlarla təmin olunub, sahə üzrə müvafiq məsul şəxslər seçilib və onlara treninqlər keçirilib. Bakı şəhəri rayonlarının QİS-ləri ilə yanaşı, Gəncə, Sumqayıt, Ağsu, Hacıqabul, Naftalan, Goranboy, Sabirabad və Göygöl rayonlarında da “smart-kart” tipli sayğacların quraşdırılmasına başlanılıb. “Smart-kart” tipli sayğacı olan məcburi köçkün statuslu abonentlərə qanunvericilik çərçivəsində ayrılmış limitlərin kartlara vurulması proseduru hazırlanıb. Aparılan tədbirlər nəticəsində aprel 1-nə olan məlumata görə ölkə üzrə 345 912 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb.
BƏXTİYAR





24.04.2012     Çap et  Çap et