525-ci qəzet

Məhəmməd Əmin Rəsulzadə



Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)

Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

(Əvvəli ötən şənbə saylarımızda)

Tövbə edildimi?

“Nicat” cəmiyyətinin ayın 20-də olan ümumi iclası münasibətilə “Açıq söz” yazdığı bir fəqərəsində arzu etmişdi ki:
“Qoy bugünki seçgicilər, cəmaət işində iman saflığı ilə əhliyət və bilgini əsil məqsəd olduğu fikrini təsdiq etsinlər.
Bu mənada bir tövbə edildimi?
Əksəriyyətlə şənbə üzvlərinin (Yekşənbə günü təyin olunan ümumi məclisin əksəriyyətinin tədqiq olunsa şənbədən etibarən üzv yazıldığı meydana çıxar) bir qələmlə yazılı və bir əmr ilə verdikləri 65 seçki vərəqəsinin nəticəsində seçilən şəxslərin ism və rəsmlərinə baxaraq mühakimə edənlərdən bəziləri ehtimal ki işin “əhli”nə tapşırılmış olduğu sarıdan xatircəmlik hasil edirlər.
Əlbəttə, Behbud Ağa cavanşir, Xan Xoyski, Əbdürrəhim bəy Heydərov, Nəcəf bəy Vəzirov kibi diplom almış, məktəb keçmiş, cəmiyyət və cəmaət işi görmüş adamların adları başqalarına nisbətlə böyük xatircəmliklər verə bilər.
Fəqət iş yalnız “tüstünün düz çıxmasında”mıdır.
Ən böyük arzu bu idi ki, “Nicat” cəmaət işində iman saflığı və vasiteyi-paklığı göstərmək surətilə tövsiyə edib də “günah”larını bağışlatdırmağa çalışsın.
Bu xüsusda tövbə edilmədi hətta ən böyük bir günah, günahi- kəbirə işləndi!
Seçkilər qeyri-təbii bir haldan çıxarılıb da doğru bir mühakimə, diqqətli bir əlaqə, lüzumlu bir hazırlıq istəyən məarif cəmiyyəti müqəddəratının həlli üçün ümumi iclas-təbiri – caiz görülsün – küçəyə tabe tutuldu. İsa bəy Aşurbəyli cənablarının müvafiq və münasib gördükləri təbircə məsələ “qara məxluq” köməgilə həll edildi.
Məarif işi, məarifdən anlar adamların əql və idraki ilə idarə olunmalıdır. cəmiyyət idarəsi cəmiyyətin həqiqi və mənəvi üzvlərinin kəmali-azadlıqla verdikləri müstəqil rəylərlə təşkil olunmalıdır.
Yalnız nəticə degil, vasitəyə də əhəmiyyət verilməlidir. Nahəqq yollarla həqiqətə gedilməz, çirkin vasitələrlə pak iş görülməz!
Məarif və xeyrat cəmiyyətlərinin təşkilindən iki əsl məqsəd vardır.
Bunlardan birincisi cəmiyyətin nizamnaməsində göstərilən məqsədləri qovldən-felə gətirməkdir. İkincisi də, cəmiyyət və cəmaət işinə ögrənmək, cəmaətin işlərindəki müqəddəs əsaslara adət etməkdir.
Bizdə bu məqsədlərin heç birisinə lazımınca əhəmiyyət verilməyir. Hələ ikincisinə olduqca xor baxılıyor.
“Makiavellizm” məktəbində gözəl məqsəd üçün hər cür vasitə işlətmək olar. Bu məslək “Yezvitizm”də də əsasdır. Bunun müqabilində türklərin laübaliliklə “canım, tüstüsü düz çıxsın” dedikləri bir sözləri var.
Fəqət bu məsləgə bilxassə məarif və xeyrat cəmiyyətlərində yer verilməməlidirmi?...
Nəzərə öylə gəliyor ki, nə var: madam ki, fəna adamlar seçiləmiyor, varsın, seçki fəna olsun. Fəqət unudulur ki, seçki cəmaətin degil, cəmaət idarə edən fərdlərin keyfinə qalıyorsa, bu gün “sizsiz” “Nicat” dağılar – deyə seçilmiş olanlar, yarın “siz “Nicat”i bərbad etdiniz” – deyə qaralana bilərlər.
Qeyri-təbii dedigimiz seçkiyə malik cəmiyyətlərdə seçilənlərin işlərini qiymətləndirəcək azad bir mühakimə olmaz. Azadlıq olmadıqca şübhəsiz ki, əsarət olur. Ayın 20-də seçilən cənablar “Nicat” cəmiyyətinin təbii surətdə seçdikləri adamlar olmayıb, o seçkiyi bir sahir işarəsilə idarə edənlərin əsirləridir. Hətta o dərəcədə əsirləri ki, bütün meyllərinə rəğmən vaqe olan seçki nəticəsini qəbula da – tamam mənası ilə məcbur oldular.
Bəni tanıyan tanıyor. Bənə xəlqi bəgənməmək, xəlqə təhqir nəzərilə baxmaq istinadi verənlər bir az düşünsəydilər, böylə bir hərəkətin “buna bax, qazini sögüyor” qəbilindən hər halda məarif cəmiyyətinin binasinə yaraşan bir hal və rəftar olmadığını dərk edərdilər.
“Qara xəlqi” bəgənmək, lazım olduğu zaman onu meydana çəkib də bu, ya o surətlə idarə etməkdən ibarət degildir. Qara xəlqi sevənlər qoy onu işıqlandırsınlar. Qoy onu işıq və əməl nəşr edən gözəl teatro əsərlərini tamaşaya çəksinlər, asan dildə zəmanə və onun ehtiyacı həqqində oxutdurduqları leksiyalara aparsınlar, xəlq üçün açılan darülfununlara götürsünlər, gecə kurslarına yol eləsinlər, onlar üçün qiraətxanə açsınlar, kitabxanənin qapısını üzlərinə bağlamasınlar.
“Qara” xəlq ancaq bu vasitələrlə “ağ” ola bilər. cəmaət ancaq bu yollarla hissili, duyğulu olur. Bu surətlə tərbiyə olunan xəlq arasından təbii olaraq xidmət etmək meylində olanlar tapılar. Öz arzu və xahişləri ilə cəmiyyətə üzv yazılarlar. Ümumi məclis olanda gələr və artıq “müdiri-məxsus” işarəsilə degil, öz qanacaqları və öz idrakları ilə rəftar edərlər. O zaman rəy satqısı üstündə görülən qeyri-təbii hallar da olmaz.
Bən bir kərə xəlqin üzünə qara demək cəsarətindən təəddüb edərəm. Çünki çox kərə nəzərə qara gələn xəlq arasında ağ üzlü görünənlərdən daha ağ, daha pak adamlar ola bilər.
Fəqət heç bir zaman istəməm ki, xəlqi işıqlandırıyorum – deyə, yaxşı məqsəd üçün olsa da, onları öz xahişimə, öz arzuma kor-koranə tabe edəm.
Çünki bu işıqlandırmaq degil, qaranlıqlaşdırmağın ən zərərli bir şəklidir.
Ayın 20-də olan iclas mənən müflis idi, qeyri-təbii idi. Orada verilən rəylər təbii degildir, yapma idi. Sonra bu məclis qanun və nizama da müvafiq degil idi. Bir kərə cəmiyyətin neçə üzvü olduğu aşkar degildi.
Sonra üzv yazdırılmışlarla məcburi olan bəyannamələrini idarəyə verməmişlərdi. Çünki üzvlik dəftərçələri əllərdə gəzdigindən daha qaytarılmamışdı. Bu bəyənnamələr mövcud olsaydı, 132 ədədi təxmini degil, təhqiqi olardı.
Bilmiyoram, ayın 20-də seçilmiş olan möhtərəm ağalar, cəmiyyət və cəmaət işinin əxlaqına aşina olan cənablar, böylə bir seçki nəticəsində öhdələrinə düşən şərəfli qəbul da izzəti-nəfsləri üçün bir giranlıq hiss etməzlərmi və yaxud özlərini mədəni və ruhani bir rahatsızlıq içində bulmazlarmı?
Yoxsa Bakıda seçki həmişə böylə olar – deyə onlardakı “tüstünün düz çıxmasını” tərcih edərlər?
Fəqət, iqtidarlı adminstratorumuz, ən məşhur advaqatımız, ən qədim mühərrir və cəmaət xadimimiz, cavan doktor, mühəndis, hüquqşünas və müəllimlərimizdən ibarət olan bir heyət, əcəba, “Bakı seçkilərindən” bezar olduğunu göstərməgi kəndisinə mədəni bir borc bilməzmi?
Əgər bu kibi sinif və şəxslərimiz dəxi cəmaət işində görülməsi mətlub və lazım olan saflıq, paklıq və dürüstlügə əhəmiyyət verməzlərsə:
Vay əgər əzçe emruz şöd fərdai!

M.Ə.Rəsulzadə
“Açıq söz”, 23 mart 1916, №140

B.T. Doğrusu zamanın böylə ciddiyyətli bir dəqiqəsində, tarixin bu qiymətli çağında, bir haldaki dünyada millətlərin müqəddəratı həll olunuyor, dövlətlərin biri batıyor, o biri çıxıyor, cəmaətlərin ölüm-dirim məsələsinə bakılıyor. İştə, öylə bir zamanda məəttəəssüf biz ən adi şeylərlə məşğuluz. Ən ibtidai həqiqətləri anlatmağa məcburuz. Doğrusu bu xüsusda yazmaq, söyləmək də ağırdır. Fəqət vəzifədir – Bədbəxt Bakı müsəlman qəzetəçisinin ağır vəzifəsi.
M. Ə.

Sahir – sehrbaz
Təəddüb – ədəbili
Sahir – sehrbaz
Təəddüb – ədəbli, hörmətli

“Nicat” intixabi həqqində

(Bu məqalə “Yeni İqbal”ın elan etdigi bitərəfliginə binaən məzkur qəzetəyə göndərilmək üçün yazılmış, fəqət “bitərəf” idarə tərəfindən dərc edilmək istənilmədigindən bilməcburiyə “Açıq söz”ə qoyulmuşdur)
Möhtərəm müdir!
İsa Həqqi bəyin (əvvəlcə İsa bəy Aşurbəyov, sonra İsa bəy Aşurbəyli, imdi də İsa Həqqi bəy adındakı bu təhəvvül batinindəki təbəddüllərin zahiri olmasın?) “Nicat”da martın 20-də qaldırılan əsaslı bir məsələyə şəxsiyyat və sögüşlə müqabilə edən məktubuna qəzetənizdə “eynən” deyə yer verdikdən sonra idarənizi tamamilə bitərəf qaldığını elan ediyorsunuz.
Ona görə də bu məktubu sizə göndəriyoram. Sizə göndərdigim bu məktubda İsa bəy məktubunun ancaq bəzi məğlətə və təhəttömlərə cavab verəcəgəm.
Mövzu bəhsi olan əsas məsələ həqqində daha təfsilli məlumat istəyənlər “Açıq söz”ə müraciət edə bilərlər.
Hər şeydən əvvəl bunu ixtar edəlim ki, “Yeni İqbal” oxucuları bizim cavabımızda İsa bəyin yazılarında olan həzrə xitablara, səfil kinayələr, çirkin “bədyə”lər gözləməsinlər. Biz onu nə özümüzə, nə də oxuculara layiq görmüyoruz.
Bundan sonra da ixtar edəlim “Yeni İqbal” oxucuları da bilsinlər ki, biz o gün seçilən şəxslərə degil, icra olunan seçgilərin rüsvay şəklinə etiraz ediyorduq.
Martın 20-dəki seçgi qeyri-təbii və məarif cəmiyyətinin heysiyyət və şanına yaraşan bir şey degildi. Bunu yalnız bən və o məclisdə etiraznamə verənlər və sonra açıq məktubi imza edənlər degil, seçilənlərdən doktor Rəfiyev ilə Hacı bəy Axundov istefaları ilə, Behbud ağa cavanşir ilə İbrahim bəy Heydərov cənabları dəxi xüsusi surətdə vaqe olan bəyanları ilə bildirdilər. Hətta bənim tənqid etdigim əsnada başilə müvafiqət əlamətləri göstərən cavanşir cənabları seçgidən sonra bilzat yanımıza gəlib, həqiqətən də bu seçgilərin layiq surətdə icra edilmədigini, buna əlbirligi ilə bir çarə etmək lazım olduğunu söylədilər. Namuslarına etimadən bunu elan edə bilərəm. O məclisdə olan bitərəf şəxslərin əksəri dəxi bunun böylə olduğunu təsdiq edərlər-zənnindəyəm.
İsa bəy dəxi yazdığı məktubunda etiraf ediyor ki, martın 20-də olan iclasa əlliyə qədər “həvəsli” cavanlar yazdırmışdır. Fəqət bu həvəsli cavanları nə surətlə yazdırdığını o məclisdə “yazdırdığı” bir adama azadanə rəy verdigi üçün küçə sögüşləri ilə xitab etdigi ilə isbat etmiş oldu.
Biz məclisdə ağzımızı açarkən İsa bəy “yazdırdığı” adamları təhrik etmək qəsdilə: bax, cəmaət, Məhəmməd Əmin qara məxluqi sevmiyor – demişdi. İmdi də o əvam firibligindən əl çəkmiyor. O, əlliyə qədər adam yazdırıb da nəticədə doktorları, mühəndisləri və müəllimləri seçdirmək istərkən, biz özümüz kibi heç bir yerdən qurtarmamış yarımçıqları seçdirmək istəyirmişik.
Əgər nasəhih seçkiləri protesto edən məktubə imza qoymaq mütləq idarəyə seçilmək meylini göstərirsə, o zaman bizim açıq məktubi dəxi doktor Nəriman, mühəndis Əzizbəyov, hüquqşünaslardan: Vəkilov, Əlibəyov, Xəlilbəyov, Palavandov, doktor Seyidov kibilər də imza etmişlərdi.
Demək ki, biz də İsa bəy kibi degil, təhsil görmüş adamlar seçmək istiyormuşıq. Fəqət yenə təkrar ediyoruz, bizim qəsdimiz ancaq seçgi üsuluni tapdalanmaqdan, müqəddəs işləri müqəddəs vasitələrlə gördürməkdən başqa bir şey degil idi və degildir də. Qoy sabah seçgi olsun, fəqət, üsuli ilə, yolu ilə, təbiəti ilə olsun. Biz seçilmiş olan adamları təkrar seçəriz, hətta İsa bəy Aşurbəyovu da.
Bunu anlamayan zənn edəriz kimsə qalmamış.
Fəqət İsa bəy istəməz ki, burası anlaşılsın, o əvam firibligində baqidir. Hey təkrar edib duruyor. Bən cəmaətin niyyətinə “napak”, özünə də “qara məxluq” demişəm imiş.
Fəqət qara məxluq sözünün qaili bən degil, İsa bəy özüdür. “Açıq söz”də “qara məxluq” sözü işlənmişsə, İsa bəydən alınaraq dırnak içində saxlanaraq işlənmişdir. “Napak” sözü niyətə degil, vasitəyə, yəni İsa bəyin üsulinə denilmişdi. Bəli, seçkiçilər üzərində açıq-aşkara nüfuz işlətmiş, seçkiyi, bu milli işi saldat bazarına döndərmək, nə dərəcədə napak isə, bir məqalə və ya bir nitqdən bəhs edərkən təhrif surətilə iqtibas eləmək, söyləmədigi sözü tərəf müqabilə bağlamaq dəxi o qədər napak bir üsuldur.
Fəqət “Həqqi” cənablarının həqqaki bu xüsusdaki məharətlərini, sənətlərini, istedad və ləyaqətlərini tamamilə qəbul edərəm. Hiylə və intriqa sənəti təşviq olunursa, bu xüsusda ən böyük nişangahi İsa bəy naminə dikəltməlidir.
Bən burasını bilirdim və bilirdim ki, əsl mövzui gurultuya vermək üçün İsa bəy bizə nə kibi vasitələrlə xüruc edəcək. Fəqət vicdanən rahət və mütəmmin olduqdan sonra varsın nə istərlərsə, etsinlər, nə deyirlərsə, desinlər, bu kibi hücumlardan qətiyyən geri getməm.
Bəni tanıyan tanıyor. Bən “zərrəxşan” havasında olsaydım İsa bəy Aşurbəyovun durduğu səfdə olar, zamanın qüvvətlilərinə qarşı hər zaman və hər məkanda “füzul”luq etməzdim.
Dünyada nə qədər müqəddəs, nə qədər gözəl şey olursa, “Həqqi” kibilərin vücudu ilə fəna şeylərdən, çirkin təsirlərdən azad olamaz.
Seçki əsasına bağlı olan cəmaət işləri – məlum a – Avropadan gəlmə bir töhfədir. Seçki bəşərin ən müqəddəs bir hüquqi-vətəniyyəsi sayılmaqda ikən Avropada dəxi lovsiyatdan ari degildir. İsa bəylər və İsa bəyliklər orada da vardır. Fəqət oralarda bu kibi lovslar və heç olmasa, siyasi seçkilərdə tətbiq olunub qalıyor. Həm də əndazəsi ilə oluyor. Elmi cəmiyyətlərdə, məarif müəssisələrində bu rüsvayçılığı kimsə soraq verə bilməz.
Görünüyor ki, isa bəy Avropa seçgilərinin fəna və mənfi cəhətləri nə varsa, hamısını ögrənmiş, Şərq və Qərb üsulları ilə silahlanmış, tam bir seçki intiriqanı olmuşdur.
Yoxsa bu qədər məharətli bir əvamfrib olamazdı.
Avropadaki İsa bəy biçimli partizanlar özlərini əsasca zəif gördükdə tərəfmüqabilin şəxsiyyətini tənqidə, bir taqım vasitələrdən istifadə ilə adını ləkələməgə başlarlar. Əlbəttə, insan qabili-səhv və nisyandır. Onsuz olmaz, bir xətası bulunur. Fəqət bu cüzi xətayi hiyləgər partizanlar hüflər, şişirər, başqa rənglərdə göstərərlər, İsa bəy də öylə ediyor.
Bu məqsədlə İsa bəy “Nicat”ın 1909-cu ildəki keçmişinə müraciət ediyor. Oradan bizi ləkəliyəcək materiallar çıxarıyor. Və imdiki tənqidlərimizi də o zamanki əhvallarla münasibətdar göstərmək istiyor.
Əlbəttə, İsa bəy imdiki halda hakimi-əhvaldır. “Nicat” arxivindən istədigini çıxarar, istəmədigini örtə bilər. Buna görə də söylədigi şeylər həqqində verəcəgimiz izahat yalnız hafizəmizin müvafiqəti nisbətində ola bilər.
1908-ci və 1909-cu illərdə “Nicat” cəmiyyətinin idarəsi bizim cavan – və etiraf edərəm – təcrübəsiz çiknimizə qoyulmuşdu. Biz bu ağır yükün altına girmiş, bacardığımız və bildigimiz qədər daşınmışdıq. Bu iki il ərzində gördügümüz işlər cəhəti-maddiyəsi fəcih bir “hadisə” ilə tamam oldusa da, mənəvi tərəfi hala xatirlərdə – əlbəttə, münsif və bitərəf xatirlərdə – hüsni-xatirə buraxmaqdadır. Hüsni-niyyətimizə kimsənin – hətta ən şiddətli münəqqidimiz olan Oruc Orucovun belə şəkk və şübhəsi yoxdur.
“Nicat”ın gecə kurslarına, cümə məktəbinə, teatro işlərin, musiqi himayəsinə, qiraətxanəsinin genişlənməsinə, pansion saxlanmasına həp bizim idarə mütəşəbbüs olmuş, bizim idarə qadınlar arasında bir şöbə açmağa ilk dəfə olaraq iqdam etmişdi.
İdarəsi “tazə” adamların əlində olduğundan naşi şəhər nüfuzlularının mərhə-mətsizligini qazandığından maliyəcə zəif – deyə hər zaman iftixar edə bilər. Müsəlman cəmiyyətləri arasından ilk dəfə olaraq “Nicat” cəmiyyəti mətbu olaraq hesabnamə nəşr etmişdir. Bu yeganə hesabnaməyi dəxi 1908-ci ilə məxsus olmaq üzrə bizim idarə etmişdi. Həm də yalnız dəxl və xərc hesabi degil, cəmiyyətin fəaliyyəti həqqində də məruzədə bulunmuşdu.
Doğrudur ki, bizim kassamızda nəqd olaraq 15 min manat yox idi, doğrudur ki, ev və mənzil kirayəsi verməkdə müşkülat çəkirdik. Fəqət bu da doğrudur ki, Bakı boyda böyük bir müsəlman şəhərini qiraətxanəsiz bulundurmiyorduq. Bu da doğrudur ki, naqis olsa da, “Nicat” kitabxanasının qapısını bağlamıyorduq.
Hesabati-baqiədən öhdəmdə 269 manat 45 qəpik qaldığı qeyd olunmuşdur.
Bundan 177 manat 45 qəpik kassa hesabından olub, 92 manatı isə teatro bəhasi (pulu demiyoram) idi.
Martda “Tərəqqi” qəzetəsinin müxabiri sifətilə əcələ olaraq İrana getmək lazım gəliyordu. Xəzinədar Əsədullah Axundovdan təhvil aldığım kassayi Məşədibəy Əzizbəyova həvalə ilə yola çıxdım. Etiraf edərəm ki, dövr və istihalə əcələ olduğu üçün üsuli ilə və diqqətlə ola bilməmişdi və ayağımda 177 manat 4 qəpik qədər bir şey qalmış olduğu sonradan anlaşılmışdı. İki aydan sonra döndüm. Haman məbləği bənim qiyabimdə idarə sədarətinə seçilmiş olan İsa bəyə təhvil verdim. Baxdım ki, 92 manat da teatro bahası verməli imişəm. Bu teatro tərtibatına iştirakım hesabilə ailəmin çox kərə boş qalan localardan elədigi istifadəyə qarşı təqdim olunan sçet idi. Bir halda ki, cəmiyyət əsərlərimi oynamış, bənə bir qəpik də olsa, qələm həqqi verməmişdi. Bu hesaba əlbəttə, söz demədim. Madam ki, istənilir, verilməlidir. Fəqət həqqdir, yoxdur, möhlət aldım. Sonra Tehranda ikən İsa bəydən məktub aldım ki, cəmiyyət məzkur məbləğin səndən alınmamasına qərar verdi.
Demək ki, bunun nə qədər üsulsuz olduğunu kəndisi də etiraf etdi.
Əlbəttə, bən də “həvəsli” üzvlər cəlbinə sərf edəcək artıq pula malik olsaydım, bu haləti də istəməzdim, cəmiyyətin o ətiyyəsini də qəbul etməzdim.
Əsədullah Axundovun nə dərəcədə sui-müamilə əhli olduğunu da İsa bəyin nəql elədigi “hadisə”dən sonra 5 il müddətində “Nicat”ə xəzinədarlıq etdigi üçün cəmiyyətin əbədi üzvlügünə seçildigi fəqərəsini göstərməkdədir.
İsa bəy cənabları təhqiqat əsnasında idarə əzalarımızdan birisinin naşayiəstə bir söz söyləmiş olduğunu zikr ediyor. Amma kəndisinin bir il sonra tənqid cəsarətində olan Məhəmməd Sadiq Axundovu nökəri
Əbdülrəşidə: “Adə, vur-vur boynunu ardına, çıxar bu filan-filan şödəni bayıra” – deyə bayıra atdırdığı ilə haman himmət və cəsarətinə sənəxvan olduğu Oruc Orucova dəxi ağız açdırtmadığını xatırlasaydı, yaxud martın 20-dəki iclasda söylədigi küçə sögüşlərini unutdurmasaydı.
Biz 1909-cu ildə “Nicat” maliyyəsini “israf” etdigimiz halda yenicə nəşr olunan hesabnaməsinə görə cəmiyyətin müvazinəsi 5008 manat 40 qəpikdən ibarət idi. Halbuki, işlər bizə keçdigi zamanda bu müvazinə 3831 manat 33 qəpik imiş. Bizdən sonra İsa bəy Aşurbəyovun sədarətində bu müvazinə ancaq 158 manat 50 qəpik yarım qədər arta bilmişdir. Kassa hesabından görüldügü vəchlə 1909-cu ildə 4703 manat 45 qəpik mədaxil olub, 4837 manat 88 qəpik yarım məxaric olmuşdur ki, 130 manat bu qədər bir açıq qalmış deməkdir.
Fəqət bu cüzi açıqla bərabər yuxarıda zikr olunan müəssisata malik idik. Yalnız böyük qüsurumuz var idi. İsmürəsm sahibi degil idik.
Dövlətlilər yanında “üzümüz” yox idi. Ona görə də mali-müşkilat çəkirdik. Bu müşkilat dəxi “səhlənkarlığımızı” və sonra “məzəmmətə” uğramağımızı mucib olmuşdu.
Fəqət İsa bəyin idarəsi nə etmişdi? Bir kərə “münəqqid”lərə meydan verilmədi, çünki iclas ümumi “həvəskar” cavanlardan ibarət idi. Çünki Əbdülrəşid qapı ağzında durub yumruğunu düymələmişdi. Çünki müfəttiş təhdid olunub susdurulmuşdu, meydanda mənəvi iş olmaq üzrə isə “Nicat” qəzetəsi var idi. Məarif cəmiyyətinin orqanı edan olunan bu qəzetə bələdiyyə seçkilərinin intriqaları ilə məşğul oluyor, buna, ona hücumlar etməklə “məarifə xidmət” ediyordu.
Nizamnaməyə səhl bakmaları mühasibat dəftərlərini intizamla saxlamamaları üçün 1909 idarəsi cəmiyyətin hüzuruna hiylə və dəstəbaz, qoçubazlıq və Əbdülrəşid ilə degil hüsniyyət və səmimiyyətlə çıxdı.
Səhlənkarlığına müqabil məzəmmət eşitdi.
Fəqət bununla bərabər hər hanki bitərəf bir münəqqidə sorsanız 1908 və 1909 illərinin “Nicat” fəaliyyətini mənəviyyət və ruhca ən parlaq və sevimli bir dövr deyə elan edərlər. Biz bununla mütəsəlli oluyoruz. Nicat həyatına aşina olanlar buradakı seçkilərin hər zaman bir intriqa, bir gurultu, bir hadisə ilə vaqe olduğunu bilərlər. Nədir bunun səbəbi?
Seçkilərin təbii olunmaması, seçkilərin başqa hesab alanların, başqa adamlar olduğu.
İştə, biz bu mərəzi sağaltmaq üçün seçkilərin şəklinə, İsa bəy üsuli ilə icra olunmalarına qarşı protesto etdik və ediyoruz və edəcəgiz. Qoy mühəndislər, doktorlar, müəllimlər İsa bəyin mərifəti ilə degil, öz nüfuzları, öz etibarları ilə seçilsinlər.
Biz bu istəgimizə İsa bəylə nə kibi əvamfərbiyanə bir surətdə cavab verdigini gördük. Fəqət bu cavab bizə onsuz da bəlli idi. Binaənileyh yenə “Nicat” idarəsinə sahib çıxanlara xitabən yazılan açıq məktubu imza edənlərlə bərabər diyoruz ki: əfəndilər, özünüzü necə hiss ediyor, martın 20-dəki intixabları təbii buluyormusunuz. “Bədiyyə”çi İsa bəyin həvasati-nəfasatinə nə kibi bir pərdə təşkil etdiginizi görüyormusunuz?

M.Ə.Rəsulzadə
“Açıq söz”, 28 mart 1916, №144

Məğlətə – fitnə törədən söz
Təhəttöm – məcburilik, zərurət
Təhəvvül – dəyişmə
Lovs – kəsafət, kir
Ətiyyə – hədiyyə, bəxşiş
Naşayistə – nalayiq, yaraşmaz
Sənaxan – mədh edən, tərifləyən
Firib – aldatma, hiylə, kələk

(Ardı var)
Şirməmməd Hüseynov





Mənbə: Şirməmməd Hüseynov21.04.2012     Çap et  Çap et