525-ci qəzet

Ombudsmanın səlahiyyəti artırıldı



Dünən Milli Məclisdə “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Qanun layihəsi ombudsmanın səlahiyyətlərinin artırılmasını, ombudsmanın cəzaçəkmə müəssisələrinə xəbərdarlıq etmədən baş çəkməsini nəzərdə tutur. Ombudsman cəzaçəkmə müəssisəsində məsləhətlər verə bilər. Parlamentin digər bir qanuna –“Psixatriya yardımı haqqında” – etdiyi dəyişikliklərə əsasən, ombudsmana psixatriya müəssisələrinə maneəsiz daxil olmaq hüququ verildi.
Ombudsmana və Milli preventiv qrupun üzvlərinə istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək görüşmək, istənilən qanuni sənədi tələb etmək və almaq hüquq verilir.
Kamil HƏMZƏOĞLU





21.04.2012     Çap et  Çap et