525-ci qəzet

Millət vəkilinin ata evi söküləcək



Millət vəkilinin ata evi söküləcək. Dünən parlamentdə çıxışında millət vəkili Elmira Axundova deyib ki, Azərbaycan Dövlət Dram Teatrı yaxınlığında onun da ata evi var.
O deyib ki, bu evin də söküləcəyini eşidib: “Parlamentdə çıxışında əvvəlcə yaxşı qəbul etmədim. Pis oldum. Ancaq sonradan qəbul etdim. Həyat yerində dayanmır, Bakı şəhərinin xarici görkəmi dəyişməlidir. Mən vətəndaşların torpaqlarının dövlət tərəfindən alınması, qəzalı binaların alınması ilə bağlı qanunvericiliyə son dəyişiklikləri dəstəkləyirəm”.
Millət vəkili Elmira Axundova qəzalı vəziyyətdə olan binalarda mənzillərin bərpası üçün güzəştli kreditlərin ayrılmasını, ev tikmək üçün maddi yardım verilməsini təklif edib.
Kamil HƏMZƏOĞLU





21.04.2012     Çap et  Çap et