525-ci qəzet

Romada Nizami Gəncəvinin abidəsi ucaldılıb



İtaliyanın paytaxtı Roma şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin rəsmi açılış mərasimi keçirilib.
Hazırda Romada səfərdə olan abidənin müəlliflərindən biri, Xalq rəssamı Səlhab Məmmədovun APA-ya verdiyi məlumata görə, açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak edib.
Abidənin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının Tarix və İncəsənət Komissiyası tərəfindən təsdiqlənib. Abidə Azərbaycan prezidentinin müvafiq sərəncamının icrası, Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsinin və klassik Azərbaycan ədəbiyyatının dünya miqyasında təbliği çərçivəsində ucaldılıb.






21.04.2012     Çap et  Çap et