525-ci qəzet

Azərbaycan yazıçıları Amerikanın nüfuzlu “Dünya ədəbiyyatı bu gün” dərgisində



Amerikada nəşr olunan, çox populyar, milyonlarla oxucusu olan “World Literature Today” (Dünya ədəbiyyatı bu gün) jurnalının növbəti sayı çapdan çıxıb. Jurnalın əsas mövzusu “Postsovet ədəbiyyatı: süqutdan 20 il sonra” adlanır və dərginin əsas hissəsi bu mövzuya həsr olunub. Topluda həmçinin oxuculara postsovet məkanı ədəbiyyatının bir sıra incilərini oxumaq tövsiyə edilir.
Oxuculara məsləhət bilinən 42 əsərin içində Azərbaycan müəllifləri və onların əsərləri də var. Onlar Sabir Əhmədli, Gülzar Əhmədova və Əmir Pəhləvandır. Jurnal oxuculara Sabir Əhmədlinin “Dənizin səsi”, Gülzar Əhmədovanın “Maqnoliya”, Əmir Pəhləvanın “İsa, Məryəm və Sana” əsərlərini oxumağı tövsiyə edir. Qeyd edək ki, dərgidə bir çox sovet məkanı ədiblərilə bərabər, məşhur yazıçı Çingiz Aytmatovun da adı var.
GÜNEL






21.04.2012     Çap et  Çap et