525-ci qəzet

“Oxuyur Müslüm Maqomayev” filminin 40 illiyi qeyd olunacaq



Böyük sənətkar Müslüm Maqomayev haqqında çəkilən filmlər arasında “Oxuyur Müslüm Maqomayev”in xüsusi yeri var. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 24-də “Nizami” Kino Mərkəzində filmin ekranlara çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçiriləcək. Gecədə foto-sərgi və filmin nümayişi təqdim ediləcək. Film 1972-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında rejissor Tofiq İsmayılov tərəfindən çəkilib. Bu yaxınlarda Dövlət Film Fondunda ekran əsəri bərpa edilib  




20.04.2012     Çap et  Çap et