525-ci qəzet

Prokuror köməkçisi həbs edildi



Azərbaycanda prokurorluq işçisi saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Füzuli rayon prokurorunun köməkçisi Mövsümov Çingiz İsmayıl oğlu vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur. Ç. Mövsümov Baş Prokurorluqda aparılan cinayət işi ilə əlaqədar saxlanılıb.
Füzuli Rayon Prokurorluğundan faktı təsdiqləyiblər. Bildirilib ki, Ç. Mövsümov bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun saxlanılmasının təfərrüatları barədə isə əlavə açıqlama verilməyib.





19.04.2012     Çap et  Çap et