525-ci qəzet

TürkPA və Türkdilli Ölkələr Şurasının baş katibləri arasında görüş keçirilib


Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Bakıda səfərdə olan Türkdilli Ölkələr Şurasının (TürkKON) baş katibi səfir Halil Akıncı ilə görüşüb. Bu barədə TürkPA-nın mətbuat xidmətindən məlumat verilib. Görüşdə iki təşkilat arasında münasibətlərin inkişaf etdiyi vurğulanıb, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğu bildirilib.
R. Həsənov iyunun 14-16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində TürkPA-nın Asambleya Şurasının III iclası və III Plenar Sessiyasının keçirilməsi ilə bağlı məlumat verib.
Görüşdə bundan sonra TürkPA daimi komissiyalarının iclaslarında və TürkKON daimi komitələrinin toplantılarında qarşılıqlı olaraq hər iki təşkilatın nümayəndələrinin iştirakı qərara alınıb. Təşkilatlar arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanması haqqında ilkin razılıq əldə edilib.





19.04.2012     Çap et  Çap et