525-ci qəzet

90 metrlik körpü uçdu, Bakı-Rusiya Federasiyası yolu bağlandı



Bu gün Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində yerləşən körpü uçub.

APA-nın şimal bürosunun məlumatına görə, uzunluğu 90 m olan körpünün uçması səbəbindən magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qaraçayın üzərində yerləşən körpünün uçması nəticəsində “QAZel” markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonu, İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.





18.04.2012     Çap et  Çap et