525-ci qəzet
Hərbi hissədə dəhşətli cinayət
Azərbaycanda hərbi hissədə silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Göygöldə yerləşən “N” saylı hərbi hissəsində baş verib. Milli ordunun əsgəri tabeliyində olan avtomatdan atəş açaraq iki əsgəri öldürüb, daha iki nəfəri yaralayıb. Hadisəni törədən əsgər Vüqar Məmmədovdur. O, avtomat silahdan atəş açaraq Pünhan Nağızadə (İmişli Rayon Hərbi Komissarlığı) və Müseyib Hüseynovu (Sumqayıt şəhər Hərbi Komissarlığı) öldürüb, Elçin Rəhimov (Suraxanı Rayon Hərbi Komissarlığı) və Məlik Məlikovu (Sabirabad Rayon Hərbi Komissarlığı) yaralayıb. Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş vermiş silahlı insident haqqında məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, aprelin 17-də Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Əsgər Məmmədov Vüqar İntiqam oğlunun tabeliyində olan avtomat silahından açılan atəş nəticəsində əsgərlər Nağızadə Pünhan Kamran oğlu və Hüseynov Müseyib Azad oğlu dünyasını dəyişib, digər ikisi isə yaralanıb. Əsgər Məmmədov həbs edilərək fakt üzrə cinayət işi başlanılıb. Müdafiə Nazirliyinin yüksək zabit heyətindən ibarət komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırıb.
18.04.2012
Çap et