525-ci qəzet

Keçmiş telejurnalistin “Səlib yürüşü davam edir” kitabı çapdan çıxıb



Keçmiş telejurnalist Atəş Sultanovun “Səlib yürüşü davam edir” adlı kitabı çapdan çıxıb. Kitabda 1992-ci ilin fevral ayında Bakıda və Ağdamda olan xaos və müəmmalı hadisələr, xəyanət və satqınçılığın izləri barədə söhbət açılır. Bədii obraz olan jurnalistin şahidliyi ilə Xocalı faciəsi ərəfəsində ölkənin ictimai-siyasi həyatını iflic edən kabus axtarışı aparılır. Bədii-faktaloji əsərdə o zamankı iqtidarın və müxalifətin siyasəti, sitatlar və faktlar, Qarabağ münaqişəsinin ilk illərində Qərbin və Rusiyanın tutduğu mövqe yer alıb. Bütün bu olaylar türklərə qarşı qlobal ideoloji müharibəni izah edən tarixi səyahətlə müşayiət olunur, Konstantinopolun fəthindən sonra şiddətlənən türkün tarixinə və fiziki varlığına qarşı səlib yürüşünin səbəbləri göstərilir.




18.04.2012     Çap et  Çap et