525-ci qəzet
Türkiyənin sabiq daxili işlər nazirinin həbsinə qərar verildi
Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarın barəsində həbs-qətimkan tədbiri seçilib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Ankara Baş Prokurorluğunun prokuroru Abbas Özdem bununla bağlı çıxardığı qərarı dünən İcra Bürosuna göndərib. Qeyd edək ki, srağagün Apelyasiya Məhkəməsi “Susurluq olayı” ilə bağlı Mehmet Ağarın 5 il azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəməsinin qəbul etdiyi qərarı təsdiq edib. Sabiq daxili işlər naziri vəzifədə olduğu dönəmdə cinayət həyata keçirmək üçün silahlı dəstə yaratmaqda günahlandırılır. O, 2 il həbsxanada qaldıqdan sonra şərti azadlığa buraxılacaq.
18.04.2012
Çap et