525-ci qəzet

Azərbaycanda arfa ifaçılığı məktəbinin banisi Aida Abdullayevanın 90 illiyi qeyd edilib



Bakı Caz Mərkəzində görkəmli musiqiçi alim, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, professor Aida Abdullayevanın 90 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda arfa sənətindən danışarkən ilk ağla gələn ad məhz Aida Abdullayevadır. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digərlərinin çıxışlarından sonra tədbir arfa musiqi alətində ifa olunan musiqi nömrələri ilə davam edib. Tədbirdə Aida Abdullayevanın həyat və yaradıcılığı haqqında kitabın təqdimatı olub.




18.04.2012     Çap et  Çap et