525-ci qəzet

Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdiriləcək



İyulun 1-dək, yəni Kipr Respublikasının (Kiprin yunan hissəsi) Avropa İttifaqında sədrliyinin başlamasına qədər Kipr məsələsi həll edilməsə, Şimali Kipr Türk Cümhuriyyəritinin adı dəyişdirilərək Kipr Türk Respublikası olacaq. Bu barədə “Trend” “Sabah” qəzetinə istinadən məlumat verir. Bundan sonra Şimali Kipr dövlətin yeni adla tanınması üçün beynəlxalq ictimaiyyətə müraciət edəcək.
Qəzetin məlumatına əsasən, adın dəyişdirilməsindən sonra Şimali Kiprin İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri tərəfindən tanınması gözlənilir.









17.04.2012     Çap et  Çap et