525-ci qəzet

Qazax və Ağdamda atəşkəs pozuldu



Ermənistan Ordusunun bölmələri aprelin 15-də saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 15.50-dən 16.00-dək isə Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.






17.04.2012     Çap et  Çap et