525-ci qəzet

DSMF-yə 14 778 müraciət daxil olub



2012-ci ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun “190” nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 14 778 müraciət daxil olub. Fonddan verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 53,5 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 46,5 faizi isə qeyri-iş günlərinə və saatlarına təsadüf edib ki, bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib. İlin ilk 3 ayında “190” nömrəli telefon məlumat xidmətinə daxil olan və maarifləndirici xarakter daşıyan müraciətlərin 58,2 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 17,2 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,6 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
BƏXTİYAR






17.04.2012     Çap et  Çap et