525-ci qəzet

Regionlarda 35 səhmdar cəmiyyət satışa çıxarılacaq



May ayının 8-də Hərracların Təşkili üzrə Auksion Mərkəzində bir sıra səhmdar cəmiyyətlər həracca çıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, Ağstafada 1, Ağcabədidə 2, Ağsuda 1, Bərdədə 1, Beyləqanda 1, Biləsuvarda 1, Daşkəsəndə 1, Şirvanda 4, Gəncədə 1, Göranboyda 1, Zaqatalada 2, Lənkəranda 4, Mingəçevirdə 1, Balakəndə 1, Qəbələdə 2, Qubada 1, Tərtərdə 2, Xaçmazda 1, Yevlaxda 4, Zərdabda 1, eləcə də Sumqayıtda 2 səhmdar cəmiyyət satışa çıxarılacaq. Hərracda Azərbaycan qanunvericiliyinə uyğun olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilər.
BƏXTİYAR





14.04.2012     Çap et  Çap et