525-ci qəzet

Murovdağda iki erməni hərbçi qar uçqununa düşüb


Qarabağ cəbhəsinin şimalında, Azərbaycanın Kəlbəcər rayonu ərazisində iki erməni hərbçi qar uçqununa düşüb. Lent.az-ın məlumatına görə, bu barədə erməni saytları yazıb. Murovdağda aprelin 9-da baş vermiş hadisə mətbuatdan gizli saxlanılsa da bu gün bəlli olub. Qar uçqununa düşənlərdən hərbçilərin müddətdən artıq hərbi xidmət keçdikləri bildirilib. Onlarla heç bir əlaqə yaratmaq mümkün olmasa da, hazırda axtarış işlərinin davam etdiyi qeyd olunub.





14.04.2012     Çap et  Çap et