525-ci qəzet
Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayacaq
Avropa İnsan Haqları Məhkəməsi aprelin 17-də Azərbaycanla bağlı növbəti qərarını açıqlayacaq. Bu barədə APA-ya Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev məlumat verib. İ. Əliyev Avropa İnsan Haqları Məhkəməsinin aprelin 17-də 32, aprelin 19-da isə 8 qərar açıqlayacağını deyib. Aprelin 17-də açıqlanacaq qərarlar arasında hazırda Almaniyada yaşayan, “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sarvan Rizvanovun iddiası əsasında çıxarılacaq qərar da var.
Qeyd edək ki, S. Rizvanov 2005-ci il noyabrın 9-da “Azadlıq” blokunun “20 yanvar” metrosundan Dövlət Kinofilm Fondunun qarşısına kimi nəzərdə tutulan marşrutda icazəli keçirilən yürüş-mitinqi zamanı şəkil çəkərkən Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Çingiz Məmmədov tərəfindən zorakılığa məruz qaldığını iddia edib. Onun ölkə daxili məhkəmələrdə həm cinayət, həm də mülki icraat qaydasında qaldırdığı şikayətlərin hamısı rədd olunub. Jurnalistin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təminat verilən pis rəftara məruz qalmamaq və digər hüquqlarının pozuntusu ilə bağlı şikayəti 2006-cı ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.
14.04.2012
Çap et