525-ci qəzet

Milli Ordunun əsgəri hərbçi yoldaşını güllələdi



Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Hacı Məzahir oğlu Hacıyev xidməti silahı ilə əsgər yoldaşı, 19 yaşlı Yunis Ramiz oğlu Məmmədliyə atəş açıb. Nəticədə Y. Məmmədli xəsarət alaraq hospitala yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Xəsarət alan əsgərin vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, hadisəni törədən H. Hacıyev Xətai, yaralanan Y. Məmmədli isə Bərdə Rayon Hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.





14.04.2012     Çap et  Çap et