525-ci qəzet

“Azərbaycan-NATO münasibətləri üç istiqamət üzrə davam edir”




“Azərbaycan-NATO münasibətləri üç istiqamət üzrə davam edir: siyasi dialoq, Azərbaycanın NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirakı və NATO standartlarının tətbiqində alyansın köməyi”. APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in təhlükəsizlik problemləri idarəsinin rəis müavini Qaya Məmmədov Bakıda keçirilən NATO konfransında çıxışında deyib. O bildirib ki, Azərbaycan və NATO zəngin əməkdaşlıq tarixinə malikdir, NATO hərbi islahatların həyata keçirilməsində Azərbaycana yardım edir. Azərbaycan da öz növbəsində alyansın sülhməramlı əməliyyatlarında və Əfqanıstana hərbi yüklərin daşınmasında iştirak edir.






14.04.2012     Çap et  Çap et