525-ci qəzet

İran irimiqyaslı hərbi təlimlərə başlayır



İran ordusu və İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ilk dəfə birgə böyük miqyaslı hərbi təlimlər keçirəcək. APA-nın məlumatına görə, bu barədə İranın quru qoşunlarının komandanı, general Əhmədrza Purdastan açıqlama verib. O bildirib ki, ölkənin bir neçə bölgəsində 8 müxtəlif hərbi təlim keçiriləcək: “ Əvvəllər də buna bənzər təlimlər keçirilib. Bu dəfəki təlimlərdə daha da təkmilləşdirilmiş “Zülfüqar” tankları da sınaqdan keçiriləcək. Bu tanklar İranın yerli istehsalıdır və ölkəmizin hərbi maşınqayırma sənayesinin iftixarıdır. “Zülfüqar” dünyanın ən yaxşı tanklarından biridir”.





13.04.2012     Çap et  Çap et