525-ci qəzet
Rüşvətxorluqda təqsirləndirilən jurnalistin apellyasiya şikayəti qismən təmin edilib
Bakı Apellyasiya Məhkəməsində “Korrupsiyaya Son” qəzetinin təsisçisi İbrahim Vaqif oğlu İsmayılovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Onun cəzası 9 ildən 8 ilə endirilib.
Qeyd edək ki, İ. İsmayılov “Bakı sərnişindaşıma” MMC-nin müfəttişi, Bakı sakini 1983-cü il təvəllüdlü Faiq Əliyar oğlu Abbasəliyevin şikayəti əsasında saxlanılıb. F.Abbasəliyev polisə ərizə ilə müraciət edərək Binəqədi rayonunun Ə.Rəcəbli küçəsində “Korrupsiyaya son” qəzetinin təsisçisi İbrahim İsmayılovun özünü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
13.04.2012
Çap et