525-ci qəzet
Gənc alimlərin yaşının 40-a çatdırılması təklif edilir
Azərbaycanın Gənclər və İdman Nazirliyi gənc alimlərin yaşının 40-a çatdırılmasını təklif edib. APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. O qeyd edib ki, bu, Azərbaycanda gənclər siyasəti ilə bağlı qanunverici bazanın monitorinqindən sonra Milli Məclisə təqdim olunacaq təkliflər paketində öz əksini tapacaq: “Təklif edilib ki, “Gənclər siyasəti” haqqında qanunun preambula hissəsində ayrıca olaraq digər anlayışlarla yanaşı, “gənc alim” anlayışı da öz əksini tapsın. Bizim fikrimizcə, gənc alimlərin yaşını 40-a qədər qaldırmaq olar. Hər halda, son sözü parlament deyəcək. Elm sahəsi spesifik sahədir. Azərbaycanda gənc 29 yaşa qədər olan şəxslər nəzərdə tutulur. Amma elm sahəsində 40 yaş özlüyündə gənclik dövrüdür. Çünki elm ağır və məsuliyyətli sahədir. Bu qərar gənc alimlərin inkişafına dəstək, problemlərinin həllinə kömək olacaq”.
13.04.2012
Çap et