525-ci qəzet

ATƏT-in Bakı ofisi polislər üçün təlim keçirəcək



Aprelin 16-dan 27-nə qədər ATƏT-in Bakı ofisi tərəfindən polis və Daxili Qoşunlar üçün kütləvi tədbirlərin ATƏT qarşısındakı öhdəliklərə və beynəlxalq standartlara uyğun idarə edilməsi ilə bağlı təlim təşkil olunacaq. APA-nın xəbərinə görə, təlim kütləvi qarışıqlıqların qarşısının alınması zamanı qeyri-zorakı metodlardan istifadə edilməsinə yönəlib. Təlimi Almaniyanın Şlezviq-Qolşteyn əyalətindən gələn polislər keçirəcək. Təlimə nəzəri və praktik məşğələlər də daxildir.






13.04.2012     Çap et  Çap et