525-ci qəzet
Rəsmi Bakıdan qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat
Azərbaycan Xarici İşlər Nazirliyi 8 aprel 2012-ci il tarixində Gürcüstanın Sxinvali regionunda – Cənubi Osetiyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Sxinvalidə-Cənubi Osetiyada 8 aprel 2012-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımadığını bəyan edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.
12.04.2012
Çap et