525-ci qəzet
Bakıda 29 yaşlı qadın antibiotik iynəsindən öldü
Azərbaycanda antibiotikdən ölüm halı qeydə alınıb. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib. Hadisə dünən rayonun Xiyabani küçəsi, 33 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 29 yaşlı Leyla Nəcəfova iynə vurulduqdan sonra qəfildən pisləşib. Təcilli olaraq xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb. Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsindən bildirilib ki, xəstə şok vəziyyətində xəstəxanaya daxil olub və ölüb. Mərhumun şoka düşməsinə isə ona antibiotik vurulması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
12.04.2012
Çap et