525-ci qəzet
Rəsmi Bakı Osetiyadakı qanunsuz seçkini tanımadı
“Azərbaycanın mövqeyi dəyişməz qalır – Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Gürcüstanın Cənubi Osetiya regionunda keçirilmiş qondarma “ prezident seçkiləri”ni tanımır”. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
“Azərbaycan Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır”, – deyə E. Abdullayev əlavə edib.
Xatırladaq ki, aprelin 8-də Cənubi Osetiyada təkrar “prezident seçkilərinin” ikinci turu keçirilib.
11.04.2012
Çap et