525-ci qəzet

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək



Azərbaycanda “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediləcək. APA-nın məlumatına görə, layihə dünən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.
Qanuna edilmiş əlavəyə əsasən sorğuçu informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə məhkəməyə və ya insan hüquqları üzrə müvəkkilə (ombudsmana) şikayət hüququna malikdir. Sorğunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah etməli və cavabda qeyd etməlidir.





11.04.2012     Çap et  Çap et