525-ci qəzet

“Qızıl Xaç” nümayəndələri azərbaycanlı hərbi əsirə baş çəkiblər



Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri aprelin 2-də Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın APA-ya verdiyi məlumata görə, hərbi əsirə bir “Qızıl xaç məktubu” çatdırılıb, ondan isə bir “Qızıl xaç məktubu” götürülüb. Hərbi əsirin atası aprelin 6-da BQXK-nın Azərbaycan nümayəndəliyində olub və əsirin məktubu ona çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.






11.04.2012     Çap et  Çap et