525-ci qəzet
Moldova Azərbaycanın iki vətəndaşını beynəlxalq axtarışa verdi
Moldova hökuməti iki Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Azərbaycanın Yevlax rayon sakini, 37 yaşlı Füzuli Cabbarov və Tovuz rayon sakini, 39 yaşlı Tapdıq Sadıqov insan sağlamlığına xəsarət yetirməkdə təqsirli bilinirlər.
Moldova hüquq-mühafizə orqanları hər iki azərbaycanlı barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edib.
11.04.2012
Çap et