525-ci qəzet

Bakıda GUAM-ın Milli Əlaqələndiricilər Şurasının görüşü keçirilib



Dünən Bakıda GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçirilib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2012-ci il üçün Azərbaycanın GUAM-da sədrliyinin prioritetləri müzakirə edilib, üzv dövlətlər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də “GUAM +” formatında tərəfdaşlarla münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda iclasın yekunlarına dair protokol imzalanıb.






11.04.2012     Çap et  Çap et